Finlandiya Rusiya ilə ali təhsil sahəsində əməkdaşlığı dayandırır
9 Mart 2022 16:22 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya ali təhsil və elm sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığı dondurmaq qərarına gəlib.
Bu barədə martın 9-da Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirlik Finlandiyanın ali təhsil müəssisələrinə və elm sahəsində Rusiyanın tərəfdaş təşkilatları ilə hər cür əməkdaşlıqdan çəkinməyi tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31