Zelenskinin növbəti xahişi geri çevrildi

Amerika Birləşmiş Ştatları Volodimir Zelenskinin növbəti xahişini yerinə yetirməkdən imtina edib. Polşanın Sovet dövründən qalma MİG-29 qırıcı təyyarələrinin Almaniyadakı Amerika bazasından Kiyevə ötürülməsinin məntqsiz olduğu Amerika yetkililəri tərəfindən həm Polşa, həm də Ukraynanın diqqətinə çatdırılıb. Məlum olduğu kimi Ukraynanın hərbi hava qüvvələri köhnəlmiş Spvet istehsalı MİG-29, Suxoy-27 və Suxoy -25 qırıcı təyyarələrindən ibarətdir. Amerika Birləşmiş Ştatları Zelenskinin onları NATO inventarında olan qırıcı təyyarələrlə təmin etmək çağırışına mənfi cavab vermişdi və əsaslandırmışdı ki, Ukrayna hərbçiləri arasında Amerika qırıcı təyyarələrini idarə edə biləcək mütəxəssis yoxdur. Polşanın Sovet vaxtşndan qalma qırıcı təyyarələri Ukraynaya verməyə razı olması Pentaqon tərəfindən müsbət qarşılansa da indi başqa problem ortaya çıxdı. Belə ki Polşanın böyük məmnuniyyətlə qurtulmağa çalışdığı sovet qırıcılarını Ukraynaya təqdim etməyə cürəti çatan ölkə yoxdur. Amerika Birləşmiş Ştatları Polşanın bu təklifini-qırıcıların Amerikanın Almaniyadakı bazasından Ukraynaya göndərilməsi təklifini az qala " düşünülməmiş" təklif adlandırıb.

İlk baxışda çox sadə görünən bu məsələ Amerika və NATO ölkələri üçün çox böyük dilemmaya çevrilib. Sozdə bütün NATO ölkələri Ukrayna ilə birlikdə olmaları və onu istənilən silahla təchiz etməyə hazır olduqlarını bəyan edirlər. Amma işə gəldikdə hərəkət etməyə cürətləri çatmır.  Pentaqonun sözçüsü Con Kirbi məsələ ilə əlaqədar bildirib : "Biz Polşa və NATO üzrə digər müttəfiqlərimizlə müzakirələri davam etdiririk. Amma NATO-Rusiya qarşıdurması fonunda qırıcı təyyarələrin ABŞ-NATO bazsından qalxaraq Ukraynaya getməsi təklifini ağlabatan saymıram."

Amerika və NATO-nun digər üzvləri Rusiya il qarşıdurmaya girməkdən çəkinərək qırıcı təyyarələri Ukraynaya göndərməyə tərəddüd edirlər. Amma onlar eyni zamanda bu işin sona qədər Polşanın öhdəsinə buraxmağa razıdırlar. Onlar Polşanın təklif etdiyi qırıcıların elə Polşanın əli ilə Ukraynaya ötürülməsini istəyirlər. Amma Polşa Ukraynanın başına gətirilən oyundan sonar olduqca diiqətlidir və Rusiyanın qarşısında dayanmağa hazır deyil.

Bu Amerika və onun NATO üzrə Avropadakı müttəfiqlərinin Zelenskinin geri çevirdikləri ilk tələbi deyil. Onlar Ukraynanın NATO üzvü olmadığına görə ona qoşunla yardım etməkdən imtina etdilər, Ukrayna ordusunun ciddi ehtiyacı olan ağır silahları, havadan müdafiə silahlarını verməkdən imtina edirlər. Belə olan halda Amerikanın Ukrayna və eləcə də Rusiyanı bir-birinə qarşı müharibəyə itələməkdən nə məqsəd güddüklərini başa düşməkdə çətinlik çəkirəm. Məgər Amerika Rusiyaya sanksiya tətbiq edərək onun iqtisadiyyatını çökürtmək üçün başqa vasitə tapmırdımı? Bunu üçün Ukraynanın xarabaya çevrilməsi, əhalisinin didərgin olması lazım idimi? Amerikada başa düşmürlər ki, oynadığı bu müharibə oyunu bumeranq kimi gələcəkdə özünə qayıda bilər və onun Avropadakı müttəfiqləri düşdükləri çıxılmaz vəziyyətin səbəbkarı kimi ondan hesa tələb edərlər?

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31