BMT Ukraynanı tərk edən qaçqınların sayını açıqlayıb
9 Mart 2022 13:47 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu gün Ukraynanı tərk edən qaçqınların sayını açıqlayıb.
Rusiya-Ukrayna müharibəsindən sonra on minlərlə mülki şəxs Ukraynanı tərk etməyə davam edir.
BMT bildirib ki, bu gün Ukraynanı tərk edən qaçqınların sayı 2,1-2,2 nəfərdir.
Qaçqınlar üzrə Ali Komissarlıq da bu saydakı artımın dayanmayacağını vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Stokholma səfəri zamanı keçirdiyi mətbuat konfransında müzakirələr əvəzinə "İndi sərhəddə kömək etməyə çalışmağın vaxtıdır" deyə söyləyib.
Qrandi Aİ-nin üzvü olmayan Moldovanın da hazırkı vəziyyətdə çox həssas olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31