Rus əsgərləri Ukraynada telekanalları və radioları ələ keçirməyə başladılar-VİDEO

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı hücum əməliyyatlarında iştirak edən bəzi rus əsgərləri Ukrayna üçün strateji əhəmiyyətli televiziya kanallarını və radiostansiyalarını nəzarətə götürməyə başlayıb.

Rusiyanın Ukraynaya hücumları demək olar ki, bütün şəhərlərdə fasiləsiz davam edərkən, ukraynalılar sosial media, televiziya və radio kanallarından xəbərlər alaraq müqavimətlərini davam etdirməyə çalışırlar. Bəzi rus əsgərləri isə ukraynalıların müqavimətini qırmaq üçün strateji əhəmiyyətli televiziya kanallarına və radiostansiyalara nəzarət etməyə başlayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlarda rus əsgərlərinin Berdyansk şəhərində yayımlanan televiziya kanalı və radiostansiyasının binasına daxil olduğu qeyd edilib.

Kadrlarda rus əsgərlərinin radio və televiziya kanallarının sosial media hesablarını da araşdırdığı, əsgərlərin izlədiyi sosial media hesablarında rusların hücumları ilə bağlı məlumatların ukraynalılara çatdırıldığı görülüb. Binaya basqın zamanı silahlı rus əsgərləri radio və televiziya kanallarının binasında təhlükəsizlik tədbirləri görərək yayımlarını dayandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31