Ukraynada müvəqqəti atəşkəs rejimi başlayıb
9 Mart 2022 12:51 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada paytaxt Kiyev də daxil olmaqla 5 şəhərdən mülki əhalinin təxliyəsi üçün elan edilən müvəqqəti atəşkəs başlayıb.
Rusiyanın Kiyev, Çerniqov, Sumi, Xarkov və Mariupol şəhərlərində elan etdiyi atəşkəs qüvvəyə minib.
Rusiya Müdafiə Nazirliyinin Müdafiə İdarəetmə Mərkəzinin martın 8-də verdiyi açıqlamada Rusiya tərəfinin "humanitar dəhlizlər yaratmağa hazır olduğu" vurğulanıb.
Bəyanatda qeyd edilib ki, Ukrayna administrasiyası təxliyyələr zamanı müəyyən edilən marşrutlarda təhlükəsizliyi təmin etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31