Onlar Rusiyanın hücumu nəticəsində belə oldular- FOTO

Rusiyanın Ukraynaya hücumlarının ən şiddətli olduğu yerlərdən biri olan Xarkovdakı xəstəxanalar müharibənin dəhşətli simasını bütün çılpaqlığı ilə ortaya qoyur.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin "The Times" qəzeti can itkisinin sürətlə artdığı şəhərdə xəstəxanaların dolub-daşdığını, insan sayının çox olması səbəbindən həkimlərin yaralılara köməklik etmək üçün  yetərli olmadığını yazıb.

Xəbərdə əzalarını itirən və yaralanan bir çox insanın sözləri yer alarkən, yaralıların fotosu da paylaşılıb.

Qəlpə yaralarından müalicə alan 35 yaşlı İrena Sidorenko ağrısını dilə gətirərək, "Qoy Putin bura gəlsin və görsün, ordusu mülki insanları öldürməmək üçün nə qədər səy göstərir"-deyə söyləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Ukraynada azı 474 mülki şəxs həlak olub, 861 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31