Rusiyanın yeni itkiləri: 2000-dən çox texnika məhv edildi
9 Mart 2022 12:16 DünyaUkrayna Müdafiə Nazirliyi 24 fevraldan 9 martadək Rusiyanın döyüşlərdəki itkilərini açıqlayıb.
Ölkə.Az Ukrayna MN-in "Facebook" səhifəsinə istinadla xəbər verir ki, Rusiyanın müharibə başlayandan bu günədək ümumilikdə 12 mindən çox şəxsi heyət, 317 tank, 1070 ədəd zirehli döyüş maşını, 120 ədəd artilleriya sistemləri, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.
Qeyd edilib ki, hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir. / Məlumatlar yenilənir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31