NATO müdafiə nazirləri fövqəladə iclas keçirəcək

NATO-nun müdafiə nazirləri martın 16-da videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcək.

Bu barədə çərşənbə axşamı NATO mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Çərşənbə günü, martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclas keçiriləcək. Nazirlər telekonfrans formatında danışıqlar aparacaqlar", - deyə sənəddə qeyd edilib. İclasın mövzusu hələlik açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31