Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub

Rusiya ordusunun Xarkov şəhərini atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub.

Bu barədə Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov "Facebook"da məlumat verib.

"08.03.22-ci il saat 18.00-a olan məlumata görə, Xarkov və bölgədə 5-i uşaq olmaqla 170 dinc sakin öldürülüb. Təkcə son 24 saat ərzində Xarkovda 27 dinc sakin öldürülüb.", - deyə Sergey Bolvinov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31