Rusiyanın Sumiyə etdiyi hücumlarda ölənlərin sayı 22-yə yüksəlib
9 Mart 2022 10:38 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Rusiya ordusunun Ukraynanın Sumi şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Ukraynanın Sumi Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Sumi bölgəsinin dünən 3 dəfə bombalandığını qeyd edərək, Rusiyanın həyata keçirdiyi bu hava hücumlarında 3-ü uşaq olmaqla 22 nəfərin həyatını itirdiyini açıqlayıb.
Jivitski hücumlarda 8 nəfərin yaralandığını, 20-dən çox birmərtəbəli evin dağıldığını bildirib.
Ukraynanın Fövqəladə Hallar Xidməti dünən Rusiya ordusunun Ukraynanın Sumi şəhərinə endirdiyi hava hücumunda 2-si uşaq olmaqla 9 mülki vətəndaşın öldüyünü açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31