Rusiya Prezidenti Vladimir Putin və Naftali Bennet arasında telefon danışığı olub
8 Mart 2022 22:13 DünyaBu gün İsrail tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, V.Putin martın 7-də Belarusda Rusiya nümayəndə heyəti ilə Ukrayna hakimiyyətinin nümayəndələri arasında keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikirlərini bölüşüb.
Rusiya Prezidenti və İsrailin baş naziri bu məsələ ilə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31