Ruslar humanitar dəhlizlə Mariupola girməyə cəhd ediblər

Rusiya hərbçiləri Mariupolda yaradılan humanitar dəhlizdən istifadə edərək şəhərə soxulmağa cəhd ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

"Rus işğalçıları mülki əhali üçün təşkil olunmuş yaşıl dəhlizdən istifadə edərək şəhərə soxulmağa cəhd etməklə, mühasirəyə alınmış Mariupolu tərk etməyə çalışan dinc sakinlərin həyatına real təhlükə yaratmaqla bir daha öz alçaqlığını nümayiş etdirdi", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31