Belarusda “İsgəndər” qutuları daşıyan karvan görüntülənib - VİDEO
8 Mart 2022 21:02 DünyaBelarusun Qomel şəhərinin yaxınlığındakı Uritskoye kənd təsərrüfatı qəsəbəsində yük maşınlarının karvanı görüntülənib.
Olaylar.az xəbər verir ki, bu barədə "Zerkalo.io" videogörüntü yayıb.
Məlumata görə, yük maşınlarında "İskəndər" raketləri üçün qutular olduğu ehtimal edilir.
"Videodan göründüyü kimi, karvanda qutuları olan on yük maşını, eləcə də minik avtomobilləri, yükləyici və "V" işarəli yanacaq daşıyan maşın daşınırdı", - məlumatda deyilir.
UNİAN-nın məlumatına görə, bu gün Belarusun Qomel şəhərində dəmir yolu stansiyası yaxınlığında Rusiya Federasiyasının hava-desant qoşunlarının texnikası olan qatar görünüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31