"Hakimiyyətlə xalqın birliyi çox önəmlidir" - Rəcəb Tayyib Ərdoğan
8 Mart 2022 19:50 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti 20-dən çox ölkənin lideri ilə müzakirə edib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu R.T.Ərdoğan bir qrup yerli icra hakimiyyətlərinin qadın başçıları ilə görüşündə deyib.
Türkiyə Prezidenti bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək.
Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki mövqeyini göstərmək çox vacibdir.
"Belə dövrlərdə hakimiyyətlə xalqın birliyi çox önəmlidir", - deyə R.T.Ərdoğan əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31