Zelenski Putinə nə demək istədiyini söyləyib
8 Mart 2022 19:45 DünyaUkrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə o, ABC News-a müsahibəsində bildirib.
İndi Putinə nə demək istədiyi sualına cavab verən Zelenski bunları deyib:
"Mən inanıram ki, o, başladığı müharibəni dayandırmağa qadirdir. Və hətta o, bunu başladığını düşünməsə də belə, yenə qadirdir. Müharibəni dayandırmağın onun bacardığı şey olduğunu inkar etmək olmaz".
Qeyd edək ki, əvvəlcə UNİAN xəbər yaymışdı ki, martın 3-də Zelenski Putini Ukrayna torpaqlarını tərk etməyə və ya onunla danışıqlar masasına oturmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31