Sergey Şoyqu və Hulusi Akar arasında telefon danışığı olub

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən jurnalistlərə bildiriblər.

"Danışıqlar zamanı Ukraynadakı vəziyyət, eləcə də iki ölkə arasında Müdafiə Nazirlikləri xətti ilə əməkdaşlığın digər aktual məsələləri müzakirə edilib", - deyə Nazirlikdən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31