Podolyak: Zelenski dəlidir, getməyəcək!

Prezident Vladimir Zelenski Ukraynanın paytaxtını tərk etmək fikrində deyil.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak deyib.

"Zelenski Kiyevi tərk etməyəcək. O, sözün yaxşı mənasında dəli adamdır. O qorxmur. Zelenski ölkənin daxilində, ürəyində olmalıdır. Bizim prezidentimiz böyük ürəyi olan insandır. O, istənilən zərbəyə tab gətirməyə hazırdır. Heç bir xarici faktorun təsiri altında sınmayacaq",- Podolyak bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31