Bu ölkə öz ərazisindən Ukraynaya silah daşınmasını qadağan edib

Macarıstanın Baş naziri Viktor Orban Macarıstan ərazisindən Ukraynaya silah daşınmasını qadağan edən fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

"Bu, hərbi əməliyyatların getdikcə Macarıstan ərazisinə yaxınlaşdığına dair xəbərdarlıq siqnalıdır", - Orban bildirib.

Baş nazir qeyd edib ki, onlar müharibəni dayandırmağa və sülhü təmin edəcək danışıqlara başlamağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31