“Ukraynadan Aİ-yə 5 milyon qaçqın gələcəyindən qorxuruq” - Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı vəziyyətə görə 5 milyona qədər qaçqın olacağını proqnozlaşdırıb.

Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

"Bu, böyük humanitar problem yaradıb. Hazırda Ukraynadan Aİ-yə gedən qaçqınların sayı artıq 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır və biz onların sayının təxminən 5 milyon nəfərə çata biləcəyindən qorxuruq", - Borrel qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31