Ukraynanın Aİ-yə üzvlük müraciəti yaxın günlərdə müzakirə olunacaq - Avropa Şurasının rəhbəri
7 Mart 2022 18:52 DünyaAvropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinin yaxın günlərdə müzakirə olunacağını bildirib.
Olaylar.az bildirir ki, bu barədə Ş.Mişel öz "Twitter" səhifəsində yazıb.
Ş.Mişel vurğulayıb ki, həmrəylik, dostluq və Aİ-nin Ukraynaya misilsiz yardımı "sarsılmazdır":
"Yaxın günlərdə Ukraynanın üzvlük müraciətini müzakirə edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31