Cənubi Koreya Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandıracaq
7 Mart 2022 18:18 DünyaKoreya Respublikası Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandıracaq.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, bu addımın təfərrüatları daha sonra - müvafiq idarələrlə məsləhətləşmələrin ardından açıqlanacaq.
Daha əvvəl rəsmi Seul Qərbin sanksiyaları altında olan 7 Rusiya bankı ilə hesablaşmaları dayandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31