Macarıstan NATO qoşunlarına qapı açdı – Baş nazir fərman imzaladı
7 Mart 2022 18:12 DünyaMacarıstanın baş naziri Viktor Orban NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə və alyans üzvü olan dövlətlərə silah tədarükünə icazə verən fərman imzalayıb.
Olaylar.az xəbər verir ki, fərmana əsasən, müttəfiq dövlətlərin Silahlı Qüvvələrinə Macarıstan ərazisindən quru və hava yolu ilə silah tədarükünə icazə verilir. Lakin Ukrayna fərmanda istisna ölkə kimi qeyd olunur. Budapeşt milli təhlükəsizlik maraqlarını nəzərə alaraq Ukrayna ərazisinə öldürücü silah və texnikanın tədarükünü qadağan edir.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31