Lavrov-Kuleba görüşü ilə bağlı Ukrayna XİN-dən - AÇIQLAMA
7 Mart 2022 17:03 DünyaUkrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Antalyada görüş ehtimalı üzərində iş gedir.
Olaylar.az xəbər verir ki, bu barədə unian.net-ə Ukrayna XİN-in sözçüsü Oleq Nikolenko bildirib.
Belə ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Lavrov və Kulebanın martın 10-da Antalyada görüşə biləcəyi ilə bağlı açıqlamasına Nikolenko "Belə bir görüşün mümkünlüyü üzərində iş gedir" cavabını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31