Dmitri Kuleba və Sergey Lavrov Türkiyədə görüşəcəklər
7 Mart 2022 15:34 DünyaUkraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadıkı vəziyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiq edib. Görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31