Haaqa məhkəməsində Ukrayna-Rusiya işi üzrə dinləmələrə başlanılır
7 Mart 2022 14:24 DünyaHaaqada BMT-nin Beynəlxalq məhkəməsində Ukraynanın Rusiyaya qarşı soyqırımı ittihamı ilə bağlı məhkəmə dinləmələrinə başlanılır.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi feysbuk səhifəsində bildirib.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığına əsasən, martın 7-də Ukrayna nümayəndə heyəti BMT-nin Beynəlxalq məhkəməsində soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza verilməsinə dair, 1948-ci il tarixli Konvensiyaya uyğun olaraq, Rusiyaya qarşı iş üzrə hüquqi mövqe nümayiş etdirir", - paylaşımda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31