Daha 6 qəsəbə ələ keçirildi, “Bayraktar” vuruldu
7 Mart 2022 14:22 DünyaRusiya ordusu daha 6 yaşayış məntəqəsini ələ keçirib.
Olaylar.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov mediaya açıqlamasında deyib.
O bildirib ki, ələ keçirilən qəsəbələr Urajayno, Novodonetsk, Novomayorsk, Dorojnyanka, Zaqorno və Çarivnodur.
Bundan əlavə, Rusiya ordusunun Ukraynanın 14 təyyarə, helikopter və "Bayraktar"ını vurduğu bildirilib.
Qeyd edək ki, rus ordusunun İrpen şəhərinin bir hissəsini də ələ keçirdiyi rəsmən təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31