Kiyevin ətrafı artilleriya atəşinə tutulur

Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir.

Olaylar.az  xəbər verir ki, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib.

Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-si yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31