Putin, Şoyqu, Lavrov… – 100 rusiyalıya Yeni Zelandiyaya giriş qadağan olundu
7 Mart 2022 12:23 DünyaYeni Zelandiya hökuməti aralarında Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və baş nazir Mixail Mişustinin də olduğu 100 rusiyalıya sanksiya tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyi məlumat yayıb. Məlumata görə, sanksiya Ukraynadakı hərbi əməliyyatlarla əlaqəli şəxslərin Yeni Zelandiyaya girişinə qadağanı nəzərdə tutur.
Yeni Zelandiyanın baş naziri Jasinda Ardern və xarici işlər naziri Nanaya Mauta hələ fevralın 24-də ölkənin Rusiya rəsmilərinə qarşı sanksiyalar hazırladığını bildirmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31