Zelenski bu 6 şəhərə “Qəhrəman şəhər” adı verdi
7 Mart 2022 10:55 DünyaUkraynanın altı şəhərinə "Qəhrəman şəhər" adı verilib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Mən Xarkov, Çerniqov, Mariupol, Xerson, Qostomel, Volnovaxaya xüsusi ad - "Qəhrəman şəhər" adı vermək qərarına gəldim", - deyə Zelenski xalqa videomüraciətində deyib.
Bundan əlavə, V. Zelenski bir sıra yerli rəhbəri ordenlərlə təltif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31