ABŞ Polşanın Ukraynaya qırıcı təyyarələr verməsinə razılıq verib

ABŞ dövlət katibi Entoni Blinken Polşanın Ukraynaya döyüş təyyarələri göndərmək planlarına ölkəsi tərəfindən razılıq aldığını və Bayden administrasiyasının bu ehtiyacları ödəməyə çalışacağını bildirib.

Olaylar.az bildirir ki, bu barədə dövlət katibi CBS telekanalının efirində deyib.

ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala "buna yaşıl işıq yanıb", - deyə cavab verib.

"Döyüş təyyarələrinin ukraynalılara verilməsi və onların yanacaq məsələsi haqqında polşalı dostlarımızla danışıq aparırıq",-deyə Blinken əlavə edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə cənub-şərqindən qonşu olan Moldovadadır.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31