Xarkov səmasında Rusiya qırıcı təyyarəsi vuruldu – FOTO

Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qırıcısını vurub.

Olaylar.az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov vilayətinin hərbi adminstrasiyasının rəisi Oleq Sinegubov məlumat yayıb.

Rusiyaya məxsus Su-25 təyyarəsi yerli vaxtla saat 18 :15 Milli Qvardiyaçılar tərəfindən zenit-raket kompleksindən vurulub.

"Təyyarə Kuliniçi rayonuna düşüb. Xarkov Hava Hücumundan Müdafiə Qüvvələri bu gün məhsuldar gün keçirib", - deyə Sinegubov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31