Türkiyənin milli müdafiə nazir Hulusi Akar və Aleksey Reznikov arasında telefon danışığı olub
6 Mart 2022 22:00 DünyaTürkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, nazirlər Ukraynadakı vəziyyət, xüsusən də atəşkəs, sabitliyin bərqərar olunması və humanitar yardımla bağlı fikir mübadiləsi aparıblar.
Hulusi Akar təhlükəsiz evakuasiyanın təmin edilməsi və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən müddətə də olsa atəşkəsə ehtiyac olduğunu vurğulayıb.
Nazir təxliyəsi mümkün olmayan və təxliyyəsi davam edən Türkiyə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı gözləntilərini dilə gətirib.
H. Akar vurğulayıb ki, Türkiyə, əvvəllər olduğu kimi, Ukraynaya humanitar yardımın çatdırılmasına, sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.