"Bu, belə davam edə bilməz" - İsrail

İsrail məhdud sayda Ukrayna vətəndaşını qəbul edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail daxili işlər naziri Ayalet Şaked deyib.

"İsrail sərhədinə gələn Ukrayna vətəndaşlarının 90 faizi yəhudi əsilli deyil. Bu, belə davam edə bilməz", - deyə nazir bildirib.

Şaked əlavə edib ki, qaçqınlar İsrailin Geri Dönüş qanununun (yəhudilərə İsrailə gəlib yaşamaq və İsrail vətəndaşlığı almaq hüququ verən İsrail qanunudur - red.) tələblərinə cavab vermirlər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31