"Yüksək dəqiqlikli silahlarla zərbələr endiriləcək!" - Rusiya Müdafiə Nazirliyi
6 Mart 2022 20:54 DünyaUkraynanın hərbi-sənaye kompleksinin müəssisələrinə yüksək dəqiqlikli silahlarla zərbələr endiriləcək.
Olaylar.az xəbər veir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Ukraynanın demilitarizasiyası tapşırığının bir hissəsi olaraq Rusiya silahlı qüvvələri Ukraynanın hərbi sənaye kompleksinin müəssisələrini yüksək dəqiqlikli silahlarla məhv edəcək.
Ukrayna müdafiə sənayesi müəssisələrinin işçilərinin həyatı ilə bağlı yaranacaq təhlükənin qarşısını almaq üçün bu cür obyektlərə qarşı planlaşdırılan zərbələr barədə əvvəlcədən xəbərdarlıq edirik", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31