"Qonşularımızın gələcəyi ilə bağlı mövqeyimiz..." - Şarl Mişel

Avropa İttifaqında (Aİ) təşkilatın genişlənməsi ilə bağlı fikir ayrılıqları var.

Olaylar.az bildirir ki, bunu "Le Journal du Dimanche" qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

Onun sözlərinə görə, 10-11 mart tarixlərində Versalda keçiriləcək Aİ sammitində sözügedən fikir ayrılıqları ilə bağlı müzakirələr aparılacaq.

"Aİ-nin genişlənməsini, o cümlədən Gürcüstan və Moldova vasitəsilə, hətta çətin və aramızda fikir ayrılıqları olsa belə, müzakirə edəcəyik. Qonşularımızın Avropadakı gələcəyi ilə bağlı mövqeyimizi aydınlaşdırmaq üçün Versalda müzakirələr aparacağıq", - deyə Ş.Mişel bildirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31