Türkiyə Hava Yolları Ukraynaya uçuşların ləğvini uzadıb
6 Mart 2022 20:11 DünyaTürkiyə Hava Yolları (THY) Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb.
Olaylar.az bildirir ki, bu barədə THY-nin rəsmi internet saytında verilən açıqlamada deyilir.
Qeyd edildiyi kimi, Ukrayna hava məkanının bağlanmasından sonra THY fevralın 24-də bu ölkəyə uçuşları ləğv edib.
Aviaşirkət, həmçinin Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşları ləğv etdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31