Ukraynada yeni Çernobıl yarana bilər

Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərindəki Fizika-Texnika İnstitutu Milli Elmi Mərkəzini qanadlı raketlər və "Qrad" mərmiləri ilə bombardman ediblər. Ukrayna mediası  bildirir ki, Mərkəzdə "Neytronlar mənbəsi" adlanan nüvə qurğusu var. Qurğuya isə müharibədən xeyli əvvəl 37 yanacaq nüvə elementi yüklənmişdi. Nüvə qurğusunun və nüvə materialları anbarının dağılması Ukraynada ikinci Çernobıl fəlakətinin yaşanmasına, çox genişmiqyaslı ekoloji bəlaya səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31