ABŞ Çinin Ukrayna ilə bağlı mövqeyini gözləyir

ABŞ dövlətlərin suverenliyi ilə bağlı mövqeləri nəzərə alaraq, Çindən Ukraynadakı vəziyyətlə bağlı mövqe gözləyir.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Çinin mövqeyi çox önəmlidir. Ümid edirik ki, Çin Ukrayna ilə bağlı açıqlama verəcək",- Blinken qeyd edib.

O, həmçinin bildirib ki, ABŞ Polşa ilə Varşavadan Ukraynaya mümkün təyyarə tədarükünü də fəal şəkildə müzakirə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31