“Ukraynada baş verənlər NATO ilə münaqişə deyil” – CONSON
6 Mart 2022 13:51 Dünya"Ukraynada baş verənlər NATO ilə münaqişə deyil və NATO ilə münaqişə olmayacaq".
Bu sözləri Böyük Britaniya Baş nazir Boris Conson "New York Times" qəzetində məqaləsində yazıb.
B. Conson 20 ölkənin Ukraynaya müdafiə sahəsində yardımlar göndərdiyini qeyd edib: "Bu ilin yanvar ayında Böyük Britaniya Ukraynaya müdafiə sahəsində yardım göndərən çoxsaylı Avropa ölkələrindən bir olub. Hazırda 20 ölkə bu istiqamətdə addımlar atır".
Baş nazir bildirib ki, NATO ölkələri Rusiya vətəndaşlarına qarşı düşmənçilik hissi keçirmir və ölkənin böyüklüyünü şübhə altına salmırlar.
Onun sözlərinə görə, NATO ölkələrindən heç biri Ukraynaya hərbi hissə göndərməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31