Ukraynaya xəyanət ittihamı ilə həbs olundu - 80 min dollar alıb

Ukraynada Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən deputat köməkçisi saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Rəsmi məlumatda həmin şəxsin adı açıqlanmasa da, "Ukrainska pravda"nın mənbələrinə görə, bu, deputat Yuri Zdebskinin köməkçisidir. 

O, pul müqabilində qarşı tərəfə dövlətin müdafiə qabiliyyəti barədə məlumat verib.

Deputat köməkçisi dövlətə xəyanətdə ittiham olunur. Onun Rusiya FTX-dən 80 min dollar aldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31