ABŞ və Londonun “Zelenski əməliyyatı” – Prezidentin xilası üçün özəl dəstə yaradılıb

ABŞ və İngiltərə Ukrayna Prezidenti Vladimir Zelenskini xilas etmək üçün əməliyyatı hazırlayıb.

Bu barədə İngiltərənin nüfuzlu "The Sun" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Zelenski Rusiyanın əsas hədəfi hesab edilir və onun həbsi, yaxud da öldürülməsi üçün Kremlin xüsusi təyinatlıları tapşırıq alıb. Bu baxımdan, Zelensinin xilası üçün ABŞ-ın xüsusi təyinatlı qüvvələrindən və İngiltərənin dəniz piyadalarından ibarət dəstə yaradılıb.

İddialara görə, ABŞ və İngilətərə hərbçiləri əməliyyat planını Litvada hazırlayıb. Bildirilir ki, əməliyyatın gerçəkləşdirilməsi Zelenskinin razılığından sonra baş tuta bilər. Ukrayna Prezindeti isə hələ ki, ölkəsindən çıxmaq niyyətində görünmür. Bununla belə, ABŞ və İngəltərənin yaratdığı dəstə hazır vəziyyətdədir və istənilən vaxt Zelenskini xilas etmək üçün hərəkətə keçə bilər.

Bildirilir ki, bu böyük risk tələb edən əməliyyat olsa da, ABŞ və İngiltərənin hərbçiləri qarşıya qoyulan tapşırığı uğurla icra etmək gücündədir. Məlumatda qeyd edilir ki, Zelenskini xilas etmək üçün formalaşdırılan dəstə 220 nəfərdən ibarətdir. Onlardan 70 nəfəri İngiltərənin dəniz piyadaları, 150 nəfəri isə ABŞ-ın xüsusi təyinatlılarıdır.Azpost.info 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31