Ukraynada Rusiyaya məxsus daha bir qırıcı vuruldu - VİDEO

Nikolayev vilayətində Rusiyaya məxsus qırıcı vurulub.

"Oxu.az" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumata görə, təyyarə Berezanski rayonunun Çapayevka kəndində vurulub.

Pilot katapult edib, lakin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin əlinə keçib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qüvvələrinin Rusiyanın təxminən 39 təyyarə və 40 helikopterini vurması barədə məlumat yayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31