IBM Rusiyada texnologiyalarının satışını dayandırdı
6 Mart 2022 00:41 DünyaABŞ-ın "IBM" korporasiyası Ukraynada hadisələr ilə əlaqədar Rusiya bazarında öz texnologiyalarının satışını dayandırmaq qərarına gəlib.
Olaylar.az xarici KİV-ə istinadən, bu barədə texnoloji korporasiyanın rəhbəri Arvind Krişnanın açıqlamasında deyilib.
Onun sözlərinə görə, şirkət "böhrandan zərər çəkən əməkdaşlarını qorumaq və dəstəkləmək üçün tədbirlər görür" və "Rusiyada texnologiya satmır". Bundan əlavə, IBM "Rusiya hərbi təşkilatları ilə" əməkdaşlıqdan imtina edib.
Qeyd olunub ki, müvafiq qərar Ukrayna ətrafındakı vəziyyət fonunda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31