Rusiya ordusu Xarkov və Volnovaxada hücuma keçib
5 Mart 2022 21:23 DünyaMariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sopnra Rusiya ordusu yenidən hücuma başlayıb.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşekov bildirib.
Konaşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 20.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.
Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31