Atəşkəs davam edərsə, 9000-ə qədər insan oranı tərk edə bilər

Olaylar.az xəbər verir ki , Mariupol merinin müavini Serhiy Orlov Ukraynada olan BBC müxbiri Coel Günterə danışıb.

Orlov dedi ki , "Atəşkəs danışıqları gecə boyu davam etdi".

"Razılaşma cəmi bir neçə saat əvvəl quruldu, elan edildi və biz atəşkəsin yerli vaxtla səhər saat 9-da başladığını təsdiqlədik.

"İnsanları çıxarmaq üçün dərhal prosedurumuza başladıq. 50 avtobus təşkil etdik və düşünürük ki, Zaporojjyayadan avtobusla 5000-6000 adam çıxa bilər.

"İnsanların şəxsi avtomobilləri ilə də çıxa biləcəyinə inanırıq. Düşünürük ki, atəşkəs davam edərsə, ümumilikdə 7-9 min insan avtobus və şəxsi avtomobillə qaça bilər.

"Qatarlar hərəkət etmir, çünki dəmir yolu infrastrukturu Rusiya qoşunları tərəfindən dağıdılıb.

"Rusiya tərəfdən hələ ki, atəşkəsin sabah da davam edəcəyinə dair heç bir zəmanətimiz yoxdur. Hazırda bunun üzərində işləyirik.

"Siz başa düşməlisiniz ki, şəhər dörd gündür infrastruktursuzdur, ona görə də insanlara məlumat çatdırmaq çətindir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31