Türkiyənin iki təyyarəsi Ukraynada qalıb
5 Mart 2022 13:13 Dünya"Fevralın 24-də humanitar yardım məqsədilə iki A400M hərbi nəqliyyat təyyarəmizi Ukraynaya göndərdik. Eyni zamanda oradakı vətəndaşlarımızın təxliyəsini planlaşdırmışdıq".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Ancaq sonradan hava sahəsi bağlandı. Ukraynanın Borispol aeroportundakı iki təyyarəmiz hələ də oradadır", - o bildirib
Nazirin sözlərinə görə, Türkiyə bununla bağlı həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır: "Təyyarələrimizin təhlükəsizliyinin mümkün qədər təmin olunmasını istəyirik. Atəşkəs elan olunanda onlar ölkəyə gətiriləcək. İlk fürsətdə təyyarələrimizi təxliyə edəcəyik. Həmçinin oradakı vətəndaşlarımızın da təxliyəsi mümkün olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31