Sinqapur Rusiyaya qarşı sanksiyalar tətbiq edir

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənub-Şərqi  Asiya ölkəsi Sinqapur Ukraynaya hücumuna görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

"Böyük və kiçik bütün ölkələrin suverenliyinə, siyasi müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir" - bəyanatda deyilir. Sinqapur "strateji mallar" hesab edilən hərbi və ya ikili təyinatlı məhsulların ixracı və ya ötürülməsinə nəzarəti həyata keçirəcək. Bəyanatda deyilir ki, sanksiyalar Rusiyanın döyüş qabiliyyətini və kiber təcavüzü məhdudlaşdırmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31