Meksika Ukraynaya humanitar yardım göndərəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna parlamentinin silah dəstəyinə mənfi cavab verən Meksika yalnız humanitar yardım göstərəcəyini açıqlayıb.

Milli Sarayda gündəlik mətbuat konfransında çıxış edən Andres Manuel Lopez Obrador Rusiya-Ukrayna müharibəsində həll yolunun diplomatiya olduğunu müdafiə edərək, "Biz heç yerə silah göndərmirik, sülhsevərik. Vətəndaşlara müdafiə və humanitar yardım göstəriləcək"-deyə söyləyib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard, 44-ü meksikalı olmaqla cəmi 81 nəfərin humanitar təyyarə ilə ölkəyə gətirildiyini bildirərək, lazım gələrsə, Meksika vətəndaşlarını gətirmək üçün ikinci humanitar uçuşa hazır olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31