Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı

Kiyev vilayətində mülki avtomobil Rusiya qoşunları tərəfindən atəşə tutulub. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Kiyev Vilayət Prokurorluğu yayıb.Atəş nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib. Həlak olanların biri qadın, digəri 17 yaşlı qız olub.

Avtomobildə olan daha 4 nəfər isə yaralanıb. Onlar da 7 yaşından 17 yaşına qədər qızlardır.

Avtomobil yolda hərəkət edərkən üzərində "V" işarəli hərbi texnika kolonu ilə qarşılaşıb. Kolonda olan tank pulemyotlarından avtomobilə atəş açıldığı bildirilir. 

Martın 4-ü baş verən bu hadisə ilə bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31