Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın onlarla hərbçisi həlak olub
5 Mart 2022 09:02 DünyaUkrayna Silahlı Qüvvələri paytaxt Kiyevin yaxınlığındakı strateji əhəmiyyəti Qostomeli azad ediblər.
RBK bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Xüsusilə ağır döyüşlər Qostomeldəki "Antonov" aerodromu uğrunda olub.
Aerodromu ələ keçirmiş rusiyalı desantçılar, milli qvardiyaçılar və xüsusi təyinatlılar geri çəkilib.
Döyüşlərdə onlarla rusiyalı hərbçinin həlak olduğu deyilir.
Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci qvardiya desant-hücum briqadasının 54 hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
Hazırda Qostomel və şəhər ətrafındakı 4 qəsəbə ukraynalı hərbçilərin nəzarətindədir.
Rusiya Silahlı Qüvvələrinin 21 zirehli texnikası və nəqliyyat vasitəsi məhv edilib.